Cümə, 03 May

"Ukrayna və Qəzzada törədilən hərbi cinayətlər müzakirə edilməlidir" - Borell

image

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 55-ci Sessiyasında beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının müzakirə edilməli olduğu mesajını verib.

Xəbər verilir ki, Borell "X" hesabında BMT İnsan Hüquqları Şurasının 55-ci Sessiyası üçün videomüraciət paylaşıb.

Ukrayna və Qəzzadakı vəziyyətə görə bu il sessiyanın pis bir anda başladığına diqqət çəkən Borell qeyd edib: "Müharibələrin ilk qurbanı insan haqlarıdır".

Borell bunun Ukraynada, ən pis formada isə Qəzzada göründüyünü xatırladıb və Aİ-nin əvvəldən tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırdığını bildirib.

"Sadəcə çağırış etmək və qınamaq kifayət deyil. Beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyanlar cavab verməlidir", - deyə Borell vurğulayıb.

"Bu görüş müharibə cinayətləri və beynəlxalq humanitar hüququn ciddi pozuntularını həll etmək üçün əsas forumdur", - o əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15